Bu tarixlərdə iş olmayacaq   — Təqvim

Şrift
Bu tarixlərdə iş olmayacaq   — Təqvim

2026-cı ilin başa çatmasına az vaxt qaldığı üçün qarşıdakı aylarda Azərbaycanda bir neçə qeyri-iş günü olacaq.Oxu24.com  xəbər verir ki, beşgünlük iş həftəsi ilə çalışanları ümumilikdə 4 istirahət günü gözləyir.Əmək Məcəlləsinin tələblərinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, noyabr və dekabr aylarında bir sıra əlamətdar günlər rəsmi qeyri-iş günü hesab olunur.Belə ki, 8 noyabr – Zəfər Günü, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, 31 dekabr isə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir və bu tarixlərdə iş günü olmayacaq.Bu il noyabr ayında əlavə istirahət günü də yaranır. Çünki 8 və 9 noyabr tarixləri həftəsonuna təsadüf edir. Bununla əlaqədar beşgünlük iş həftəsində çalışanlar üçün 10 noyabr da istirahət günü olacaq.Nəticədə noyabr ayında vətəndaşlar 8, 9 və 10 noyabr tarixlərində ardıcıl üç gün istirahət edəcəklər. Daha sonra ilin sonuncu qeyri-iş günü olan 31 dekabr gəlir.Qeyd edək ki, 2026-cı il üzrə beşgünlük iş həftəsində ümumilikdə 241 iş günü və 107 istirahət günü müəyyən edilib. 40 saatlıq iş həftəsi üzrə illik iş vaxtı norması isə 1922 saat təşkil edir.(Nocomment.az)

Mənbə: oxu24.com

Əsas mənbə: oxu24.com

Vətənim Media Shorts

YouTube-da aç ↗