Bakı şəhərinin Nərimanov rayonunda onmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə barədə məlumat daxil olduqdan sonra Dövlət Yanğından Mühafizə Xidməti operativ şəkildə əraziyə cəlb edilib.
Yanğın 8-ci mərtəbədə yerləşən üçotaqlı mənzildə qeydə alınıb. Mənbəyə görə, mənzilin ümumi sahəsi 143 kvadratmetrdir; mətbəxin yanar konstruksiyaları təxminən 20 kvadratmetr sahədə yanıb, şaxtada isə 15 paqonmetr elektrik kabeli zərər görüb. Mənzilin əksər hissəsi və qonşu mənzillər yanğından qorunub.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb. Təhlükəsizlik məqsədilə sakinlər təxliyə edilib və hadisə zamanı xəsarət alan olmayıb.
Əsas mənbə: APA
