Azərbaycanda ov mövsümünün 10 oktyabr 2026-cı ildən başlaması qərara alınıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Azərbaycanda ov mövsümünün 10 oktyabr 2026-cı ildən başlaması qərara alınıb

Vətənim Media xəbər verir ki, Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclasında ov mövsümünün 10 oktyabr 2026-cı ildən başlanması barədə qərar verilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin nümayəndəsi Rəşad Allahverdiyev ovlanmasına icazə verilən quş və vəhşi heyvan növlərinin, onların ovlanma müddətlərinin və normativlərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytının “Elanlar” bölməsində yerləşdirildiyini bildirib.

Ovçulara mövcud normativlərə əməl etmək, yalnız ovçuluq təsərrüfatları və ov üçün müəyyən edilmiş ərazilərdən istifadə etmək tövsiyə olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗