ADY-də yük daşımalarının həcmi doqquz ayda 11 faiz artıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
ADY-də yük daşımalarının həcmi doqquz ayda 11 faiz artıb

Vətənim Media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC 2026-cı ilin yanvar-sentyabr aylarında 13 milyon 882 min 84 ton yük daşıyıb. Ötən ilin eyni dövründə daşınan yükün həcmi 12 milyon 510 min 288 ton olub. Beləliklə, doqquz ay üzrə göstərici illik müqayisədə 11 faiz yüksəlib.

Sentyabrda dəmir yolu ilə 1 milyon 766 min ton yük daşınıb. Bu, 2025-ci ilin sentyabrı ilə müqayisədə 29 faiz çoxdur; ötən ilin həmin ayında daşınma həcmi 1 milyon 370 min 303 ton təşkil edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗