Vətənim Media xəbər verir ki, APA-Economics-in “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən yaydığı məlumata görə, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru Fərid Baxşıyev şirkətin Müşahidə Şurasına üzv seçilib.
Şuraya rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sədrlik edir. Digər üzvlər AZCON Holding-in icraçı direktoru Şahin Babayev, icraçı direktorunun müavini Vüqar Mirzəzadə və baş maliyyə inzibatçısı Taylan Tekelidir.
Əsas mənbə: APA
