Lerikdə baş verən iki qəza nəticəsində dörd nəfər xəsarət alıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Lerikdə baş verən iki qəza nəticəsində dörd nəfər xəsarət alıb

Vətənim Media xəbər verir ki, Lerik rayonunda qeydə alınan iki yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə dörd nəfər xəsarət alıb. Blaband kəndində “VAZ-2121” markalı avtomobillə “UAZ” toqquşub. “Niva”da olan üç nəfər yaralanıb. Onlardan 1963-cü il təvəllüdlü Fədail Bağırov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi davam etdirilir.

Digər qəza Lənkəran–Lerik magistralının 39-cu kilometrliyində baş verib. Zenoni kənd sakini, 1985-ci il təvəllüdlü Həmid Dövlətovun idarə etdiyi “VAZ-2107” yoldan çıxaraq ağaca çırpılıb. Sürücü və sərnişin, 1996-cı il təvəllüdlü İsmayıl Əliyev müxtəlif dərəcəli xəsarətlər alıb. Hər ikisi xəstəxanaya çatdırılıb. Hadisələrin səbəbləri araşdırılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗