Vətənim Media xəbər verir ki, Sumqayıtda dünən parklardan birində yeniyetmə bıçaqlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi və zərərçəkənin vəziyyəti barədə məlumat verilməyib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən edilərək saxlanılıb. Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
Əsas mənbə: APA
