Vətənim Media xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməyin təhlükəsizliyi, sağlamlığı və ətraf mühit üzrə əməkdaşları “Azərsun Holdinq”in Sumqayıtda yerləşən istehsalat müəssisələrində infoturda iştirak ediblər.
Səfər zamanı Xam Kağız, Təmizlik Kağızları İstehsalı və Təmizlik Vasitələri fabriklərinin fəaliyyəti, istehsal prosesləri və təhlükəsizlik qaydaları ilə tanışlıq olub. Tərəflər fərdi mühafizə vasitələrindən istifadəni, işçilərin maarifləndirilməsini və müəssisələrdə yaradılan əmək və sosial şəraiti müzakirə ediblər.
Görüşdə əməyin mühafizəsi sahəsində təcrübə mübadiləsi və birgə maarifləndirmə tədbirlərinin təşkili də müzakirə olunub.
Əsas mənbə: APA
