Vətənim Media xəbər verir ki, Cəbrayıl rayonunun Dağmaşanlı kəndində minaya düşərək xəsarət alan Əşrəf Qəhrəmanov və oğlu Orxan Qəhrəmanov şəhid Ruhin Qəhrəmanovun atası və qardaşıdır. 2000-ci il təvəllüdlü Orxan heyvan otararkən minalardan təmizlənməmiş sahədə piyada əleyhinə minaya düşüb. Atası, 1966-cı il təvəllüdlü Əşrəf isə bir müddət sonra oğlunun hadisə yerinə daxil olaraq eyni növ minaya düşüb. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ruhin Qəhrəmanov 2016-cı il aprelin 2-də Lələ Təpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib. Hadisələrlə bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
Əsas mənbə: APA
