Bakıda və bölgələrdə güclü yağış, dağlarda qar gözlənilir

Şrift
🔊 Xəbəri dinlə — Babək
Bakıda və bölgələrdə güclü yağış, dağlarda qar gözlənilir

Vətənim Media xəbər verir ki, oktyabrın 9-u gündüzdən 10-u axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı proqnozlaşdırılır. Yağıntının bəzi yerlərdə leysan xarakteri alacağı, şimşək çaxacağı, oktyabrın 9-u axşamdan 10-u səhərədək isə intensiv və güclü olacağı ehtimal edilir.

Rayonlarda da hava qeyri-sabit keçəcək. Ayrı-ayrı ərazilərdə leysan, şimşək və dolu gözlənilir, dağlıq yerlərə qar yağacağı bildirilir. Oktyabrın 10-da gündüz şərq rayonlarının bəzilərində yağıntı qısa müddətə güclənə bilər. Yağışlar çaylarda suyun artmasına səbəb ola, Böyük və Kiçik Qafqazda, Lənkəran-Astara bölgəsində və Naxçıvanın bəzi çaylarında qısamüddətli daşqın və sel yarada bilər; belə hallar istisna edilmir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗