Mirzə İbrahim bəy Səba — həyatı və yaradıcılığı

Şrift
Mirzə İbrahim bəy Səba — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mirzə İbrahim bəy Səba — həyatı və yaradıcılığı.

Mirzə İbrahim bəy Səba 1801-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini atasından alıb. Sonra mədrəsədə oxuyaraq dini və dünyəvi elmlərə yiyələnmişdi.

Savadlı olduğundan "mirzə" ünvanı daşıyırdı. Müəllimliklə məşğul idi. Gözəl təbi və xətti vardı.

Şeir yazırdı. Səba təxəllüsü ilə gözəl poeziya nümunələri yaratmışdı. Mir Möhsün Nəvvab onun haqqında yazır: "Mirzə İbrahim Həsən ağa oğlu Qarabağın Şuşa əhalisinin molla və şairlərindəndir.

Onun əsli Bəyazid məmləkətindəndir. Heybətli bir kişi idi. Sənəti müəllimlik idi və yaxşı xətti var idi.

On beş il bundan əvvəl yetmiş yaşında rəhmətə gedib. Təxəllüsü Səba olub. Bəzən şeir də deyirdi.

Divanı yoxdur və şeirləri pərakəndədir. Bir gün mərhum arvadı Aynanın üzünü kədərli görür, vəcdə gəlib dərhal ona bu cür müraciət edir: "Ayineyi-ruyində çün oldu kədər peyda, Vəhm eyləgilən, oldu ahımda əsər peyda". …

Mirzə İbrahim bəyin Şuşa şəhərində böyük daş otağı vardı. İkinci Rus-Qacar savaşında şəhərin komendantı onun evini zorla zəbt etmişdi. Lakin, bunu özünə yaraşdırmayan Mirzə İbrahim bəy bu hadisə barədə Tiflisəəktub yazaraq evini həbsdən qurtarmışdı.

Qeyd edək ki, Mirzə İbrahim bəy Ayna adlı bir xanımla ailə qurmuşdu. Məhəmməd bəy, Həsən bəy, Hüseyn bəy, Əli bəy, Cəfər bəy, Mehdi bəy adlı oğulları vardı. Maraqlidır ki, o, məşhur ictimai-siyasi xadim, AXC Parlamentinin və Türkiyə Böyük Millət Məclisinin üzvü olan Əhməd bəy Ağayevin babası idi…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗