Adil şah və ya Əliqulu xan İbrahim xan oğlu 1719-cu ildə Xorasan əyalətində doğulub.

Şrift
Adil şah və ya Əliqulu xan İbrahim xan oğlu 1719-cu ildə Xorasan əyalətində doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Adil şah və ya Əliqulu xan İbrahim xan oğlu 1719-cu ildə Xorasan əyalətində doğulub..

Adil şah və ya Əliqulu xan İbrahim xan oğlu 1719-cu ildə Xorasan əyalətində doğulub. Əmisi Nadir şaha xidmət edib, onun səfərlərində iştirak edib, Mosul ətrafında yaşayanlar üsyan edərkən cəza dəstəsinin başçısı olub. Əliqulu xan yezidi-kürdlərin qiyamını yatıraraq başçıları Yezidi döyüş meydanında öldürüb.

O, Rzaqulu mirzədən sonra Xorasanın hakimi təyin edilib, 1745-ci ildə Nadir şahın göstərişi ilə Xivəyə yürüş edib. 1746-cı ilin noyabrın 10-da Sarı xan, Allahvеrdi xan və Şahqulu xanla birlikdə Xarəzmdə qiyamı yatırmışdılar. Əliqulu xan əmisi Nadir şahın öldürülməsindən sonra 1747-ci ilin iyununda Adil şah adı ilə Əfşar dövlətinin şahlıq taxtında əyləşir.

Əmiraslan xanı Qafqaz və Azərbaycanın hökmdarı edir. Qarabağ xanı Pənahəli xanın müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyəti onun rəsmən tanınması ilə nəticələnir. Mirzə Camal Cavanşir Qarabaği yazır: "Müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1748-ci ildə Adil şahın Pənahəli xana xan adı verilməsi və Qarabağ hakimliyi vəzifəsinə təyin edilməsi haqqında imzaladığı fərman qiymətli xələt, qızıl yəhərli at və daş-qaşla bəzənmiş qılıncla birlikdə Sərdar Əmiraslanın yaxın adamı vasitəsilə o zaman yaşadıqları Bayat qalasına gəlib çatdı".

Adil şahın fərmanı gecikmiş bir kağız parçası idi. Gerçək "hakimlik" şah fərmanından öncə, ondan asılı olmadan qazanılmışdı. O əsnada Əfşar dövlətinin qərbindəki mövqeyini təsbit edən İbrahim Mirzə, iqtidardakı qardaşına (Əliqulu xan) qarşı üsyan qaldırır.

Adil şahın ən çox hörmət etdiyi Söhrab Xanı öldürür və 1748-ci ilin iyununda Azərbaycanın sərdarı Əmiraslan xanla birlikdə Adil şaha qarşı yürüşə başlayır. Adil şah Gilana doğru irəliləyir, lakin məğlub olur və Tehrana qaçır. Ancaq yerli bir qubernator Adili tutub gözlərini kor etmiş İbrahim Mirzəyə təslim edir.

6 aydan sonra, İbrahim Mirzə şah elan edilir, lakin Nadirin sağ qalan nəvəsi Şahrux Mirzənin taxta gətirilməsi ilə İbrahim Mirzənin hakimiyyəti bitir. İbrahim Mirzə kor olur və tezliklə ölür, Adil isə zəncirli halda Məşhəd şəhərinə göndərilir və orada işgəncə verilir. 29 sentyabr, 1749-cu ildə Məşhəddə öldürülür.

Onu da deyək ki, Adil şah Gürcüstan valisi Teymurun qızı Ketvanla ailə qurmuşdu…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗