Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Cəfərqulu xan Cavanşir 1785-ci ildə Şuşada doğulub..
Cəfərqulu xan Cavanşir 1785-ci ildə Şuşada doğulub. Atası Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir Qarabağ xanlığının vəliəhdi olduğundan babasından sonra hakimiyyətə keçəcəyini güman edirdi. Mirzə Fətəli Axundov yazır ki, Qarabağ xanı İbrahimxəlil xanın ruslar tərəfindən öldürülməsindən sonra onun yerinə ən real namizəd 18 yaşlı nəvəsi Cəfər ağa imiş, lakin İbrahimxəlil xanın ikinci oğlu Mehdiqulu ağa Tiflisdə-Qraf Qudoviçin sərəncamında olan Cəfərqulu xan Xoyski ilə gizli danışıqlar aparır və özünün xan təyin ediləcəyi təqdirdə Cənubi Qafqaz gözəli hesab edilən bacısı Gövhər ağanı ona-60 yaşlı Cəfərqulu xana ərə verəcəyini bildirir, Cəfərqulu xan isə Gövhər ağanın gözəlliyinə görə bu təklifdən boyun qaçıra bilmir və qraf Qudoviçi Mehdiqulunu xan təyin etməyə razı salır.
Əmisi Mehdiqulu xan Cavanşir taxta əyləşəndən sonra ona qarşı mübarizəyə başlayır, lakin uduzur və Sibirə sürgün olunur. Sürgündən dönəndən sonra artıq xanlıq yox idi. Qarabağ atlı alayının komandanı olur.
Cəfərqulu xan comərd, alicənab bir şəxsiyyət idi. Söz adamları və sənətçiləri özünə dost tutardı. Süfrə açanda ətrafına alimlər, ziyalılar əyləşərdi.
Cəfərqulu xan 1867-ci ildə vəfat edib. O, həm də Nəva təxəllüsü ilə şeirlər yazırdı…
