Vətənim Media xəbər verir ki, Yeni Günəşli qəsəbəsinin İlqar Musayev küçəsində aparılan təmir işləri səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Bu müddətdə 20, 55 və 104 nömrəli müntəzəm avtobus marşrutları alternativ küçələr üzrə hərəkət edir.
20 nömrəli marşrutun başlanğıc dayanacağı Surxay Noçuyev küçəsinə keçirilib. 55 nömrəli marşrutun son dayanacağı isə Qaraçuxur qəsəbəsindəki Etibar Bəkirli küçəsində təşkil olunub. 104 nömrəli marşrut 52-ci Qaraçuxur və Hatəm Allahverdiyev küçələri, Zığ şosesi və Gəncə prospekti ilə hərəkət etdikdən sonra əvvəlki sxemini davam etdirir.
Əsas mənbə: APA
