AZCON və DP World liman və gəmiçilik sahələrində əməkdaşlığı genişləndirəcək

Şrift
🔊 Xəbəri dinlə — Babək
AZCON və DP World liman və gəmiçilik sahələrində əməkdaşlığı genişləndirəcək

Vətənim Media xəbər verir ki, AZCON Holding və “DP World” liman, logistika, gəmiqayırma və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsi barədə Anlaşma Memorandumu imzalayıb. Sənəd liman əməliyyatlarının optimallaşdırılması, rəqəmsallaşdırılması və avtomatlaşdırılması, eləcə də müasir texnologiyaların tətbiqi üzrə təcrübə və bilik mübadiləsini əhatə edir.

Tərəflər Azərbaycanda və Xəzər regionunda liman-logistika infrastrukturunun inkişafı və yeni investisiya imkanlarının araşdırılması ilə yanaşı, neft-qaz sektoruna xidmət edəcək gəmilərin birgə maliyyələşdirilməsi və istismarı üzrə mümkün əməkdaşlıq modellərini nəzərdən keçirəcəklər. Memorandum gəmiqayırma və gəmi təmiri imkanlarının artırılmasını, mövcud istehsal güclərindən daha geniş istifadəni, həmçinin liman idarəçiliyi üzrə əməkdaşların təlimini və qabaqcıl təcrübə mübadiləsini də nəzərdə tutur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗