Xəzərin səthi 20 min kvadratkilometrdən çox kiçilib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Xəzərin səthi 20 min kvadratkilometrdən çox kiçilib

Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev Xəzər dənizinin səviyyəsinin enməsinin son vaxtlar sürətləndiyini və bu tendensiya davam edərsə, nəticələrin fəlakətli ola biləcəyini bildirib. Dövlət başçısı bu fikirləri Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında səsləndirib.

Prezidentin sözlərinə görə, dənizin ümumi səthi artıq 20 min kvadratkilometrdən çox azalıb. Dayazlaşma sahil ərazilərində yaşayanlara, iqtisadiyyata və nəqliyyata təsir edir; sahil xətti geri çəkilir, ekosistem dəyişir, liman və sahil infrastrukturu ilə bağlı çətinliklər yaranır. Xəzərin Azərbaycan hissəsində səviyyənin enməsi nəticəsində təxminən 30 min hektar yeni quru sahəsi əmələ gəlib.

İlham Əliyev problemin yalnız ekoloji məsələ olmadığını vurğulayıb və dənizdə baş verən dəyişikliklərin Xəzəryanı ölkələrin maraqlarına birbaşa təsir etdiyini qeyd edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗