Milli Məclisin iclasında 13 məsələ müzakirəyə çıxarılacaq

Şrift
🔊 Xəbəri dinlə — Babək
Milli Məclisin iclasında 13 məsələ müzakirəyə çıxarılacaq

Vətənim Media xəbər verir ki, Milli Məclisin oktyabrın 13-də keçiriləcək növbəti iclasının gündəliyinə 13 məsələ daxil edilib. Deputatlar, o cümlədən Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətlərinə dair müqavilənin və iki ölkə arasında beynəlxalq avtomobil əlaqələri haqqında sazişin təsdiqi ilə bağlı qanun layihələrinə baxacaqlar.

Gündəliyə İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair anlaşma memorandumunun, eləcə də Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında sazişə dəyişikliklərin təsdiqi barədə layihələr də daxil edilib. Bundan başqa, Dövlət Qulluğu Məcəlləsinin təsdiqi haqqında layihə ikinci oxunuşda, əmək, aviasiya, texniki tənzimləmə və icra sahələrinə aid bir sıra dəyişikliklər isə birinci oxunuşda müzakirə olunacaq. Sahibkarlıq yoxlamaları və ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı dəyişikliklər üçüncü oxunuşda nəzərdən keçiriləcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗