Vətənim Media xəbər verir ki, Keniya Milli Polis Xidmətinin İnzibati Polis Xidməti üzrə baş müfəttişinin müavini Gilbert Masengeli Qarabağda aparılan bərpa işlərinin və köçkün ailələrə göstərilən dəstəyin insanlarda yenidən ümid yaratdığını bildirib. O, bu fikirləri itkin düşmüş şəxslərlə bağlı “Bakı Dialoqu” çərçivəsində keçirilən IV beynəlxalq konfransın iştirakçısı kimi Şuşada jurnalistlərə açıqlamasında səsləndirib.
Masengelinin sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş əraziləri bərpa etmək və doğma yurdlarından köçkün düşmüş ailələrə yardım göstərmək istiqamətində gördüyü işlər həmin insanların həyata qayıtmasına imkan yaradır. O, konfransda iştirakın Keniyada əldə etdikləri təcrübə ilə müqayisə aparmağa və itkin düşmüş şəxslərin ailələrinə yaxınlarını tapmaqda kömək edəcək yolları müzakirə etməyə şərait yaratdığını qeyd edib. Rəsminin vurğulayıb ki, bunun üçün həqiqətin üzə çıxarılması vacibdir.
Əsas mənbə: APA
