Vətənim Media xəbər verir ki, NASA-nın Ceyms Uebb Kosmik Teleskopunun sentyabrın 29-da yayımlanan görüntüsündə MACS J0454.1-0300 qalaktika klasteri və onun fonundakı uzaq qalaktikalar əks olunub. Klasterə aid parlaq qızılı qalaktikaların yanında görünən narıncı qalaktikalar isə həmin klasterin tərkibində deyil.
Narıncı qalaktikaların işığı, ön plandakı klasterin böyük kütləsinin cazibə təsiri ilə əyilib və böyüdülüb. Qravitasiya linzalanması adlanan bu hadisə uzaq göy cisimlərinin işığının aradakı nəhəng obyektin təsiri nəticəsində dəyişməsinə səbəb olur. Görüntü ESA/Webb, NASA və CSA, eləcə də L. Furtak və S. Fujimotoya aid edilir.
Əsas mənbə: NASA
