Şəmkirdə qardaşını bıçaqlamaqda şübhəli bilinən əkiz saxlanılıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Şəmkirdə qardaşını bıçaqlamaqda şübhəli bilinən əkiz saxlanılıb

Vətənim Media xəbər verir ki, Şəmkirdə bıçaq xəsarətləri alan 2008-ci il təvəllüdlü gəncin vəziyyəti qənaətbəxş qiymətləndirilir. O, oktyabrın 10-da saat 22:40 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona döş və qarın boşluğunun kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyub, diaqnostik laparotomiya əməliyyatı aparıblar. Müalicə hazırda cərrahiyyə şöbəsində davam edir.

Gənci bıçaqlamaqda şübhəli bilinən əkiz qardaşı, 2008-ci il təvəllüdlü X.Quliyev saxlanılıb. İlkin məlumata əsasən, mübahisə qardaşlardan birinin digərinin otağına icazəsiz daxil olması səbəbindən yaranıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗