Vətənim Media xəbər verir ki, oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda qarşılanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev qonağı qarşılayıb.
Mərasimdə hər iki ölkənin dövlət bayraqları dalğalanıb, fəxri qarovul dəstəsi düzülüb və Kamboca ilə Azərbaycanın dövlət himnləri səsləndirilib. Qarovul dəstəsinin rəisi Hun Manetə raport verdikdən sonra hərbi marşın müşayiəti ilə dəstə Prezident İlham Əliyevin və Kamboca Baş nazirinin qarşısından keçib. Daha sonra hər iki ölkənin nümayəndə heyətlərinin üzvləri bir-birinə təqdim olunub.
Əsas mənbə: APA
