Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib

Vətənim Media xəbər verir ki, Azərbaycanda rəsmi səfərdə olan Kambocanın Baş naziri Hun Manet oktyabrın 12-də Fəxri xiyabanda olub. O, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.

Hun Manet görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət edib və üzərinə güllər düzüb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗