Çexiyanın nəqliyyat naziri Bakı vağzalında SİMA Pay sistemi ilə tanış olub

Şrift
🔊 Xəbəri dinlə — Babək
Çexiyanın nəqliyyat naziri Bakı vağzalında SİMA Pay sistemi ilə tanış olub

Vətənim Media xəbər verir ki, Azərbaycana səfərdə olan Çexiyanın nəqliyyat naziri İvan Bednarikin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dəmiryol Vağzalını ziyarət edib. Azərbaycan Dəmir Yolları QSC-nin sədri Rövşən Rüstəmov qonaqlara qurumun fəaliyyəti, sərnişindaşıma layihələri, vağzalın infrastrukturu və sərnişinlər üçün yaradılmış xidmətlər barədə məlumat verib.

Nümayəndə heyətinə sərnişin məmnuniyyətinin artırılması və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində yeniliklər, o cümlədən dəmir yollarında tətbiq edilən SİMA Pay üztanıma ilə ödəniş sistemi təqdim olunub. Bednarik vağzalda sərnişinlər üçün yaradılan şərait və müasir xidmət imkanları ilə tanış olub, sərnişindaşımada müasir yanaşmaların əhəmiyyətini vurğulayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗