Vətənim Media xəbər verir ki, Polis Akademiyasında yeni tədris ilində kursantların peşə hazırlığını gücləndirmək üçün müxtəlif sahələr üzrə təcrübəli mütəxəssislərin iştirakı ilə dərslər təşkil olunur. Təlimlərin məqsədi nəzəri bilikləri peşə fəaliyyəti ilə əlaqələndirmək, hüquqi və praktiki məsələlərin daha dərindən öyrənilməsinə şərait yaratmaqdır.
İnteraktiv mühazirələrdə Baş Prokurorluğun nümayəndələri Mahir Abbasov və Anar Mirkişiyev cinayət işi üzrə icraatın dayandırılması və ona xitam verilməsi, həmçinin ittiham aktının tərtibi və cinayət işinin məhkəməyə göndərilməsi barədə danışıblar. Bakı Dövlət Universitetinin dosenti Həbib Cəfərov cinayətin obyektiv cəhətini, Azərbaycan Dillər Universitetinin magistratura şöbəsinin müdiri Namiq Əsədov isə Azərbaycanın XIII–XV əsrlər tarixini təqdim edib. Çıxışlarda nəzəri məlumatlarla yanaşı, mütəxəssislərin iş təcrübəsindən nümunələr də yer alıb.
Əsas mənbə: APA
