Vətənim Media xəbər verir ki, Rövşən Süleymanovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb. Hakim Roman Ələkbərlinin sədrliyi ilə elan olunan hökmə əsasən, “Roşka” ləqəbli tiktoker 3 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı məhkəmədən onun 5 il müddətinə həbs olunmasını istəmişdi.
Süleymanov ötən ilin yanvarında keçirilən əməliyyat zamanı saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə — satış məqsədi olmadan külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması, emalı və ya daşınması ittihamı irəli sürülüb. O, bundan əvvəl də inzibati qaydada həbs edilmişdi.
Əsas mənbə: APA
