Təyyarə heyətinin uçuş iş vaxtı və istirahət müddəti tənzimlənəcək

Şrift
🔊 Xəbəri dinlə — Babək
Təyyarə heyətinin uçuş iş vaxtı və istirahət müddəti tənzimlənəcək

Vətənim Media xəbər verir ki, kommersiya hava daşımalarında çalışan təyyarə heyətinin iş və istirahət vaxtının tənzimlənməsi ilə bağlı prosedur müəyyənləşdirilir. Bunun üçün Əmək Məcəlləsinə və “Aviasiya haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, uçuş iş vaxtı heyət üzvünün istismarçının müəyyən etdiyi vaxtda uçuş və ya ardıcıl uçuşlar üçün hava limanına gəlməsi ilə başlayır. Bu müddət son uçuş başa çatdıqdan və hava gəmisinin yerdə hərəkəti tam dayandıqdan sonra bitmiş sayılır. Əmək Məcəlləsinə də uyğunlaşdırıcı dəyişikliklər təklif olunub. Milli Məclis layihəni səsvermə ilə birinci oxunuşda qəbul edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗