Vətənim Media xəbər verir ki, oktyabrın 13-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yeni qəbul olunan kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib. Tədbirdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nazir müavinləri, Akademiyanın əməkdaşları, kursantlar, məzunlar, onların valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə yeni kursantlar and içib, Akademiyanı bitirən məzunlara isə müvafiq əmrlə “leytenant” hərbi və xüsusi rütbələri verilib və diplomları təqdim olunub. Nazir məzun və kursantları təbrik edərək onlara ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təmin olunmasında uğurlar arzulayıb. Akademiyanı əla qiymətlərlə bitirən leytenant Cavid Talıbov məzunlar adından and içib; məzunlar Akademiyanın bayrağını IV kurs kursantlarına təhvil veriblər. Təntənəli keçidlə yekunlaşan tədbirdə iştirakçılar, Dövlət Himnindən sonra, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Əsas mənbə: APA
