Vətənim Media xəbər verir ki, Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidov məhkəmənin qərarı ilə çəkilməmiş 1 il 7 aylıq cəzasından vaxtından əvvəl azad edilib. Məhkəmə onun səhiyyə sahəsində iki il vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsini nəzərdə tutan əlavə cəzanı da ləğv edib. Seyidov cəza çəkdiyi müəssisədən buraxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi onu 8 il 3 ay müddətinə azadlıqdan məhrum etmişdi. Apellyasiya və Ali məhkəmələr cəzanı azaldıb. Seyidova vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar rüşvət alma və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülsə də, sonradan iki maddə üzrə cinayət təqibinə xitam verilib. Onun təqsiri təkrar rüşvət alma maddəsi ilə sübuta yetirilib.
Əsas mənbə: APA
