Şahin Məmmədov Venesiyada dəniz təhlükəsizliyi üzrə görüşlər keçirib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Şahin Məmmədov Venesiyada dəniz təhlükəsizliyi üzrə görüşlər keçirib

Vətənim Media xəbər verir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Venesiya şəhərində keçirilən XV Trans-Regional Dəniz Gücü Simpoziumunda iştirak edib. İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə baş tutan tədbirə müxtəlif ölkələrin hərbi dəniz qüvvələrinin rəhbərləri və nümayəndələri, beynəlxalq təşkilatların, elmi dairələrin və müdafiə sənayesinin təmsilçiləri qatılıblar.

Simpoziumda qlobal və regional dəniz təhlükəsizliyi, beynəlxalq dəniz yollarının mühafizəsi, müasir çağırışlara birgə cavab və hərbi dəniz qüvvələri arasında əməkdaşlığın inkişafı müzakirə olunub. Azərbaycan nümayəndə heyəti tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Görüşlərdə əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və dəniz təhlükəsizliyi sahəsində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗