Vətənim Media xəbər verir ki, sığorta şirkətlərinin sığorta haqları üzrə debitor borcları ilin ilk yarısında ötən ilin sonu ilə müqayisədə 9 faiz, yəni 11,6 milyon manat artaraq 140 milyon manata çatıb. Azərbaycan Mərkəzi Bankı bu göstəricinin sığorta şirkətlərinin dayanıqlılığı üçün təhdid yaratmadığını bildirib.
Həyat sığortası üzrə borclar 6,1 faiz azalaraq 48,5 milyon manat, qeyri-həyat sığortasında isə 19,2 faiz artaraq 91,6 milyon manat olub. Debitor borcların sektorun ümumi aktivlərində payı 6,9 faiz təşkil edib. Ümumi sığorta haqlarına nisbətdə debitor borclar 10,8 faiz, vaxtı keçmiş borclar isə 2,2 faiz olub. Həyat sığortasında bu göstəricilər müvafiq olaraq 5,4 və 0,8 faiz, qeyri-həyat sığortasında isə 22,8 və 5,3 faiz təşkil edib.
Əsas mənbə: APA
