Bakı Parisin Azərbaycanla bağlı iddialarını əsassız adlandırdı

Şrift
🔊 Xəbəri dinlə — Babək
Bakı Parisin Azərbaycanla bağlı iddialarını əsassız adlandırdı

Vətənim Media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun İƏİT-in Qlobal Forumunda səsləndirdiyi fikirləri qətiyyətlə pisləyib. Hacızadə bildirib ki, fransalı nazirin Azərbaycanı Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərində yaşayan xalqların mübarizəsinə müdaxilə etməkdə ittiham etməsi əsassızdır.

XİN rəsmisinin sözlərinə görə, həmin ərazilərdəki prosesləri xarici müdaxilə ilə əlaqələndirmək əhalinin iradəsini və narahatlıqlarını kölgədə qoyur. Hacızadə Fransa rəsmilərini demokratiya, insan hüquqları və hüququn aliliyi prinsiplərini öz ölkələrinin siyasətində ardıcıl tətbiq etməyə çağırıb. O, Parisdən Azərbaycanla bağlı əsassız iddialara son qoymağı, qarşılıqlı hörmətə, suveren bərabərliyə və daxili işlərə qarışmamaq prinsipinə riayət etməyi tələb edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗