Vətənim Media xəbər verir ki, 2027-ci il iyulun 1-dən Rusiya vətəndaşları Qazaxıstana vizasız səfər etməzdən əvvəl elektron giriş icazəsi almalı olacaqlar. Tələb Qazaxıstanda əcnəbilərin ölkəyə girişi və qalması ilə bağlı təsdiqlənmiş yeni qaydalarda nəzərdə tutulub.
Elektron icazə tələbi yalnız Rusiya vətəndaşlarına deyil, Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin, eləcə də ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, Cənubi Koreya və İsrailin vətəndaşlarına da şamil ediləcək. Qayda vizasız səfərlərə aiddir.
Əsas mənbə: APA
