Vyetnam Azərbaycanın AQEM-ə sədrliyini və Bakı Bəyannaməsini yüksək qiymətləndirib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Vyetnam Azərbaycanın AQEM-ə sədrliyini və Bakı Bəyannaməsini yüksək qiymətləndirib

Vətənim Media xəbər verir ki, Vyetnamın vitse-prezidenti Vo Thi An Suan Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyini və təşkilatın fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirib. O, bu fikirləri AQEM-in 7-ci Zirvə Görüşünün plenar iclasında səsləndirib.

Vitse-prezident Bakı Bəyannaməsini əməkdaşlıq üçün yol xəritəsi kimi xarakterizə edərək, sənədin inklüzivliyin və rəqəmsallaşmanın təşviqində rolunu vurğulayıb. O, beynəlxalq hüquqa hörmətin vacibliyini qeyd edib və dövlətləri problemləri sülh yolu ilə həll etməyə çağırıb. Suan iqlim dəyişikliyi və təbii fəlakətlərlə mübarizədə əməkdaşlığın, ASEAN ölkələri ilə əlaqələrin, eləcə də humanitar sahədə birgə fəaliyyətin gücləndirilməsini vacib sayıb.

Onun sözlərinə görə, dayanıqlı inkişaf üçün infrastruktur, nəqliyyat və təchizat zəncirləri üzrə əlaqələr genişləndirilməli, təhsil, elm və texnologiya, innovasiya, rəqəmsal transformasiya, yaşıl keçid və süni intellekt sahələrində əməkdaşlıq dərinləşdirilməlidir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗