Qubada iki bələdiyyənin adının dəyişdirilməsi təklif olunur

Şrift
🔊 Xəbəri dinlə — Babək
Qubada iki bələdiyyənin adının dəyişdirilməsi təklif olunur

Vətənim Media xəbər verir ki, Milli Məclisin iclasında Quba rayonundakı iki bələdiyyənin adının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi müzakirə edilib. Sənədə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsinin Bəhrəli-Çınarlı, Vladimirovka bələdiyyəsinin isə Elbir adlandırılması təklif olunur. Bələdiyyələrin əhatə etdiyi ərazi vahidlərinin adlarının da uyğun olaraq dəyişdirilməsi nəzərdə tutulub.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib. Bu ilin mayında qəbul olunan qanunla Qubanın Alekseyevka kəndi Çinarlı, Timiryazev kəndi isə Bəhrəli adlandırılmış, Alekseyevka kənd inzibati ərazi dairəsinin adı da Çinarlı kənd inzibati ərazi dairəsi ilə əvəz edilmişdi.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗