Mətbuat Şurasının İdarə Heyətinə 23 nəfər seçilib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Mətbuat Şurasının İdarə Heyətinə 23 nəfər seçilib

Vətənim Media xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayında səsvermə nəticəsində Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Heyətə jurnalistlər arasından seçilən 14 nəfər və ictimaiyyət nümayəndələri üzrə seçilən 9 nəfər daxil edilib.

Jurnalistlər qrupunda Hacıbəy Heydərli, Orxan Amaşov, Səadət Məmmədova, Nurşən Quliyev, Vüqar Rəhimzadə, Elşad Eyvazlı, Seyfəddin Hüseynli, Qalib İbrahimov, Fərid Şahbazlı, Elçin Alıoğlu, Anar Tahirov, Vəfa Həmzəyeva, Elmira Musayeva və Hümbət Musayev yer alıblar. İctimaiyyət nümayəndələri kimi isə Vüqar Zifəroğlu, Müşfiq Ələsgərli, Əminə Yusifqızı, Bəhruz Məmmədzadə, Ayaz Mirzəyev, Fərid Pərdəşünas, Könül Niftəliyeva, Azər Həsrət və Yeganə Hacıyeva seçiliblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗