07.10.2016. tarixində Gəncə Dövlət Universitetinin tədbir zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olan “Qorunan Tarix Müasir Gəncliyin Gözündə” layihəsinin təqdimat mərasimi keçirilib.
Layihənin əsas məqsədi gənclərin boş vaxtlarını səmərəli keçirmələrinə kömək etmək,qorunan tariximizi gənclərə daha ətraflı və dolğun şəkildə çatdırmaq,bugünkü tarixi qoruyaraq gələcək nəsillərə miras qoymağa kömək etməkdir.
Tədbiri layihə rəhbəri Aysel Cəfərova qonaqları və iştirakçıları salamlayaraq açıq elan etmişdir. Layihə rəhbəri “Qorunan Tarix Müasir Gəncliyin Gözündə” layihəsinin ortaya qoyduğu problemlər və onların həllindən danışmışdır.Aysel Cəfərova daha sonra isə layihənin məqsədini bildirmişdir.O, həmçinin layihədə təlim-ekskursiyaların, düşərgələrin olacağını, layihə ərzində “Gənclərin maraq klublarının təşkili”, “Aksiyalar” və s. kimi maarifləndirici görüşlər təşkil olunacağını da bildirmişdir.
Tədbirdə Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva,layihənin tərəfdaş təşkilatlarından Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Ofisinin rəhbəri Aygün Həsənzadə və Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəhbəri Müşfiq Cəfərov, Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının midiri Vüsalə Veysəlova, Şəmkir Heydər Əliyev Mərkəzinin nümayəndəsi Fəxri Yusibov,Samux Heydər Əliyev Mərkəzinin nümayəndəsi, Qadınların İnkişafına və Maariflənməsinə Dəstək İB-nin rəhbəri Samirə Ələkbərova,arxeoloq Tünzalə Cahangirova,Qoşqar Məhərrəmov və Tələbə Gənclər Təşkilatlarının rəhbərləri,çıxış edərək layihəni bəyəndiklərini və uğurlar arzuladıqlarını bildirmişlər.
Gənclərin boş vaxtlarını səmərəli keçirmələrinə kömək etmək onların məqsədidi
Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
