Vətənim Media xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,26 faiz artaraq bir troya unsiyası üçün 4 181,1 dollara çatıb. Beləliklə, qiymət 4 200 dollar həddini keçməyib.
Gümüşün həmin birjada 2026-cı ilin dekabr fyuçersləri də 0,26 faiz bahalaşaraq unsiyası 57,31 dollar olub. Qızıl və gümüş üzrə göstəricilər birja məlumatlarına əsaslanır.
Əsas mənbə: APA
