Vətənim Media xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda külək elektrik stansiyaları 841,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 dəfə çoxdur.
Ümumilikdə, hesabat dövründə ölkədə 20 milyard 29,6 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bu da illik müqayisədə 2,3 faiz azalma deməkdir. Əmtəəlik elektrik enerjisinin həcmi 19 milyard 452,5 milyon kilovat-saat olub və 1,8 faiz geriləyib. İstehsalın ən böyük hissəsi istilik elektrik stansiyalarının payına düşüb: 15 milyard 170,3 milyon kilovat-saat. Bu göstərici əvvəlki ilin müvafiq dövründən 9,5 faiz aşağıdır. Qalan elektrik enerjisi su elektrik stansiyalarında və digər alternativ, bərpa olunan mənbələrdə istehsal edilib.
Əsas mənbə: APA
