Vətənim Media xəbər verir ki, Sosial Xidmətlər Agentliyi yanvar-sentyabr aylarında əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərib. Onlardan 60,6 min nəfər ambulator, 28,9 min nəfər isə stasionar və icma əsaslı xidmətlərdən yararlanıb. Digər şəxslərə səyyar və onlayn, eləcə də sosial-psixoloji istiqamətlərdə dəstək verilib.
Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı robotik reabilitasiya, yoqa, hippoterapiya və rəqs terapiyası kimi metodlardan da istifadə olunur. Xidmətlər ambulator və stasionar formatlarla yanaşı, icma əsaslı, səyyar və məsafədən reabilitasiya şəklində təşkil edilir.
Əsas mənbə: APA
