Vətənim Media xəbər verir ki, 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Öz yazarını seç” adlı onlayn səsvermə keçirilir. Oxucular 50 müəllif arasından seçim edərək bəyəndikləri yazıçıya səs verə bilərlər.
Səsvermə oktyabrın 25-dək davam edəcək. Nəticələrə əsasən seçilən müəlliflərin mükafatlandırılması oktyabrın 26-da baş tutacaq. Səsverməyə çıxarılan müəlliflərin siyahısı nəşriyyatların, kitab mağazalarının və kitabxanaların təklifləri əsasında hazırlanıb.
Əsas mənbə: APA
