Vətənim Media xəbər verir ki, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş verən qəzada xəsarət alan üç nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Onlardan ikisi kişi, biri qadındır. Yaralılar oktyabrın 17-də saat 10:30 radələrində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Müayinədən sonra onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
İlkin tibbi yardım göstərildikdən sonra pasiyentlər ixtisaslı tibbi yardımın davamı üçün Kliniki Tibbi Mərkəzə göndəriliblər. Qəza rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb: 1986-cı il təvəllüdlü Tacəddin Yusifovun idarə etdiyi “Toyota” markalı avtomobil aşıb. Hadisə nəticəsində sürücü və sərnişin, 1966-cı il təvəllüdlü Tovuz Axundova ölüb; avtomobildəki üç nəfər isə xəsarət alıb.
Əsas mənbə: APA
