Vətənim Media xəbər verir ki, Zaqatalada yük avtomobilinin vurduğu 66 yaşlı qadın xəstəxanada dünyasını dəyişib. Hadisə Yevlax–Zaqatala–Gürcüstan sərhədi magistralının şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Gürcüstandan olan iritonnajlı yük maşını Qax istiqamətində gedərkən yolun hərəkət zolağında olan Faldarlı kənd sakini Firəngiz Məmmədovanı vurub. Avtomobil qadının aşağı ətraflarının üstündən keçib. Ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadın əməliyyata alınıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq, əməliyyatdan sonra vəfat edib.
Əsas mənbə: APA
