Vətənim Media xəbər verir ki, Türkiyə Super Liqasının VIII turunda lider “Qalatasaray” səfərdə “Gənclərbirliyi” üzərində 1:0 hesablı qələbə qazanıb. Gərgin keçən qarşılaşmada İstanbul təmsilçisi rəqibindən bir qol üstün olub.
Turun digər oyununda “Amed” doğma meydanda “Konyaspor”u 2:0 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra 19 xala malik “Qalatasaray” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. “Amed” 17 xalla ikinci, 15 xalı olan “Beşiktaş” isə üçüncü yerdədir.
Əsas mənbə: APA
