Aİ Rusiyadan LNG alışını 9,5 faiz artırıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Aİ Rusiyadan LNG alışını 9,5 faiz artırıb

Vətənim Media xəbər verir ki, Avropa İttifaqı bu ilin yanvar-sentyabr aylarında Rusiyadan 12,18 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib. Almaniyanın “Urgewald” ekoloji təşkilatının hesabatına əsasən, tədarükün dəyəri 7,88 milyard avroya çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artım deməkdir.

Hesabatda bildirilir ki, Rusiyadan gətirilən LNG-nin təxminən dörddə üçü Fransa limanlarına çatdırılıb. Müharibədən sonra Rusiyanın Aİ-nin ümumi qaz idxalındakı payı azalsa da, may ayına olan göstəricilərdə Rusiya ittifaqın LNG idxalının 12 faizini təmin edib. Rusiya qazı LNG şəklində əsasən Fransa, İspaniya, Belçika və Niderlanda, boru kəmərləri ilə isə Macarıstan, Slovakiya və Yunanıstana nəql olunur. Aİ-də qısamüddətli müqavilələrlə Rusiya qazı idxalına qadağa qüvvəyə minib; uzunmüddətli LNG müqavilələrinə məhdudiyyətin ilin sonunda, boru kəməri qazına qadağanın isə 2027-ci ilin sentyabrınadək tətbiqi nəzərdə tutulur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗