Bakıda və Abşeronda küləyin sürəti saniyədə 28,4 metrədək yüksələcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz
Bakıda və Abşeronda küləyin sürəti saniyədə 28,4 metrədək yüksələcək

Vətənim Media xəbər verir ki, oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gözlənilir. Milli Hidrometeorologiya Xidməti ərazi üzrə narıncı xəbərdarlıq elan edib. Küləyin sürətinin saniyədə 20,8–28,4 metrə çatacağı proqnozlaşdırılır.

Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik və Yardımlıda isə sarı xəbərdarlıq qüvvədə olacaq. Bu bölgələrdə qərb küləyinin sürətinin saniyədə 13,9–20,7 metrədək güclənəcəyi bildirilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗