Lavrov və Əraqçi Tehranda regional vəziyyəti müzakirə edəcəklər

Şrift
🔊 Xəbəri dinlə — Novruz
Lavrov və Əraqçi Tehranda regional vəziyyəti müzakirə edəcəklər

Vətənim Media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Tehranda iranlı həmkarı Abbas Əraqçi ilə görüşəcək. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın məlumatına görə, tərəflər beynəlxalq və regional məsələləri, o cümlədən İran ətrafındakı vəziyyəti və Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə edəcəklər.

Görüşdə ikitərəfli razılaşmaların icrası, strateji tərəfdaşlığın gücləndirilməsi, ticarət-iqtisadi və investisiya əlaqələri, eləcə də nəqliyyat-logistika və enerji layihələri də gündəmdə olacaq. BMT, BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi də müzakirə ediləcək. Rusiya XİN-in bildirdiyinə görə, bu, 2026-cı ildə nazirlərin dördüncü üzbəüz görüşüdür.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗