Səfir: Bakı ilə Tbilisi arasında 130-dan çox sənəd imzalanıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz
Səfir: Bakı ilə Tbilisi arasında 130-dan çox sənəd imzalanıb

Vətənim Media xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə keçirilən dəyirmi masada iki ölkə arasında möhkəm siyasi dialoqun formalaşdığını deyib. O, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının qarşılıqlı etimada, dostluğa və ortaq maraqlara əsaslandığını bildirib.

Səfirin sözlərinə görə, tərəflər müxtəlif sahələri əhatə edən 130-dan artıq sənəd imzalayıb. Müxtəlif səviyyələrdə intensiv səfər və təmaslar əməkdaşlığın dərinləşməsinə töhfə verir. Quliyev qeyd edib ki, bu ilin noyabrında Azərbaycanın Gürcüstandakı səfirliyinin açılmasının 30, diplomatik əlaqələrin qurulmasının isə 34 ili tamam olacaq.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkil etdiyi dəyirmi masada iki ölkənin strateji tərəfdaşlığının hazırkı vəziyyəti və perspektivləri, iqtisadi əlaqələr və Cənubi Qafqazda əməkdaşlıq müzakirə olunur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗