Vətənim Media xəbər verir ki, Qətərin baş nazirinin müavini və müdafiə məsələləri üzrə dövlət naziri şeyx Saud bin Əbdülrəhman Al Tani qlobal enerji bazarındakı sarsıntıların hələ pik həddə çatmadığını bildirib. O, Dohada keçirilən Qlobal Təhlükəsizlik Forumunda qarşıdakı günlərdə və aylarda əlavə nəticələrin ortaya çıxa biləcəyi barədə xəbərdarlıq edib.
Açıqlama ABŞ və İsrailin fevralın 28-də İrana zərbələr endirməsindən, Tehranın isə regionda cavab zərbələri həyata keçirməsindən sonra Hörmüz boğazında qeyri-sabitliyin davam etdiyi vaxt səslənib. Boğaz qlobal neft və mayeləşdirilmiş təbii qaz daşımaları üçün mühüm marşrutdur.
Əsas mənbə: APA
