Vətənim Media xəbər verir ki, Türkiyə Statistika Təşkilatının məlumatına görə, bu ilin sentyabrında ölkədə əcnəbilərə 2 167 mənzil satılıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 9,9 faiz azdır.
Sentyabrda Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıblar. Göstərici illik müqayisədə 2,9 faiz artıb. Yanvar-sentyabr aylarında əcnəbilərə satılan mənzillərin sayı isə 4,3 faiz azalaraq 15 308 olub. 2025-ci ildə Azərbaycan vətəndaşlarına Türkiyədə ümumilikdə 983 mənzil satılıb.
Əsas mənbə: APA
