Vətənim Media xəbər verir ki, UEFA Çempionlar Liqasının III turunda “Sabah”la qarşılaşacaq “Borussiya Dortmund”un baş məşqçisi Niko Kovaç oyundan əvvəl Bakıda mətbuat konfransı keçirib.
Kovaç “Sabah”ı təhlil etdiklərini və rəqib barədə lazımi məlumat topladıqlarını bildirib. O, komandasının zədəli futbolçulara baxmayaraq matça ciddi hazırlaşdığını, qələbə qazanmaq üçün kifayət qədər keyfiyyətə malik olduğunu deyib. Baş məşqçinin sözlərinə görə, “Sabah”a hörmətlə yanaşsalar da, Dortmund təmsilçisi açıq-aşkar favoritdir. Kovaç futbolun gedişində bu qiymətləndirmənin həlledici olmadığını da vurğulayıb.
“Bu, mənim artıq Bakıya ikinci gəlişimdir. Azərbaycan çox gözəl ölkədir”, – deyə Kovaç bildirib. O, qarşılaşmanın çətin keçəcəyini və komandasının mübariz futbol oynayacağını qeyd edib.
Əsas mənbə: APA
